Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına  yekun vurulacaq. Son oyun günündə 2 qarşılaşma təşkil olunacaq ki, bu oyunlardan da ən maraqlısı İspaniyada baş tutacaq. “Atletiko Madrid" klubu "Vanda Metropolitano" stadionunda İngiltərənin “Mançester Yunayted” komandası ilə qarşılaşacaq. Oyunu rumıniyalı FIFA referisi Ovidiu Hatseqan idarə edəcək.
Gecənin digər matçında isə Niderlandın "Ayaks" klubu Portuqaliyada "Benfika" ilə üz-üzə gələcək.  "Eştadiu du Benfika" stadionundakı görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.
Bu komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.