"Qarabağ"ın rəqibi paytaxtımızda

"Qarabağ"ın rəqibi paytaxtımızda

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq Fransanın "Marsel" klubu Bakıya gəlib.
Baş məşqçi Xorxe Sampaoli ölkəmizə 22 futbolçu gətirib.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də başlayacaq. İlk oyunda Fransa klubu 3:1 hesablı qələbə qazanıb.