Çempionlar Liqası: “Mançester Yunayted” və “Ayaks” səfərdən sərfəli nəticə ilə qayıdır

Çempionlar Liqası: “Mançester Yunayted” və “Ayaks” səfərdən sərfəli nəticə ilə qayıdır

Futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir mərhələsinin ilk görüşlərinə yekun vurulub. Son oyun günündə 2 qarşılaşma təşkil olunub.  Gecənin maraqla gözlənilən oyunlarından biri İspaniyada baş tutub. Burada  “Atlekio” klubu İngiltərənin "Mançester Yunayted" komandası ilə üz-üzə gəlib. "Vanda Metropolitano" stadionunda keçirilən görüşdə hesab 7-ci dəqiqədə açılıb. “Atletiko Madrid”in hücmçusu Joao Feliks komandasını hesabda irəli çıxarıb. Oyunda hesab bir də 80-ci dəqiqədə dəyişib. "Qırmızı şeytanlar"ın futbolçusu Antoni Elanqa fərqlənərək hesabı bərabərləşdirib. Beləliklə, “Mançester Yunayted” klubu səfərdən sərfəli nəticə ilə qayıdıb.
Gecənin digər oyunu isə Portuqaliyada oynanılıb. "Benfika" klubu Niderlandın "Ayaks" komandasını qəbul edib. "Eştadiu du Benfika" stadionundakı görüş 2:2 hesabı ilə başa çatıb. Oyunda hesab 18-ci dəqiqədə açılıb. Qonaqların heyətində Duşan Tadiç fərqlənib. 26-cı dəqiqədə isə oyunda hesab bərabərləşib. Sebastyen Allye topu öz qapısına göndərib. Kot d İvuarlı hücumçu 3 dəqiqə sonra ikinci qolu vurub. 28 yaşlı forvard bu dəfə rəqib qapısına yol tapıb. Lakin qonaqlar qələbə hesabını sona qədər qoruya bilməyiblər. Matçın 72-ci dəqiqəsində "Benfika"nın ukraynalı hücumçusu Roman Yaremçuk hesabı bərabərləşdirib. Görüşdə başqa qol olmayıb və matç bu hesabla başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşmaları martın 15-də təşkil olunacaq.