Konfrans Liqası: “Qarabağ” bu gün "Marsel"lə qarşılaşacaq

Konfrans Liqası: “Qarabağ” bu gün "Marsel"lə qarşılaşacaq

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyunlarına start veriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan "Qarabağ" klubu Bakıda Fransanın “Marsel” klubu ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 21:45-də başlayacaq. Matçın baş hakimi polşalı Bartoş Frankovski olacaq.
Qurban Qurbanovun yetirmələri mərhələni keçmək üçün ən azı 3 top fərqi ilə qələbə qazanmalıdır. Səfər qolu qaydası ləğv olunduğundan, iki matçın nəticəsinə əsasən qeydə alına biləcək mümkün heç-heçə qarşılaşmanın əlavə vaxta və ehtiyac yaranarsa, penaltilər seriyasınadək uzanmasına səbəb olacaq.
Qeyd edək ki, bu komandalar arasında Marseldə oynanılan görüş Fransa təmsilçisinin 1:3 hesablı qələbəsi ilə başa çatmşdı.