“Qarabağ” üçün Konfrans Liqası macərası başa çatdı

“Qarabağ” üçün Konfrans Liqası macərası başa çatdı

Futbol üzrə UEFA Konfrans Liqasında onaltıdabir final mərhələsinin cavab görüşləri keçirilib. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” klubu pley-off mərhələsinin cavab oyununda Fransanın “Marsel” komandası ilə cavab qarşılaşmasına çıxıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı matçın 12-ci dəqiqəsində “Marsel”in heyətində Pap Quye açıb. Qarşılaşmanın 34-cü dəqiqəsində “Qarabağ” klubu fərqlənməyə imkan tapsa da, top İbrahim Vadjinin əlinə dəyib tora daxil olduğuna görə qol qeydə alınmayıb.
Görüşün ikinci hissəsində Ağdam təmsilçiləri bir neçə dəfə təhlükəli hücumlar etsələr də, fərqlənə bilməyiblər. Əvəzində isə qonaqlar matçın 77-ci dəqiqəsində Matteo Qenduzinin qolu ilə hesab arasındakı fərqi artırıblar. Görüşün sonunda - 90+2-ci dəqiqədə “Marsel”in heyətində De La Fuenten oyunda yekun hesabı müəyyənləşdirən qolu vurub. Beləliklə, oyun “Marsel” komandasının -0:3 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyunda 1:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası iki oyunun nəticəsinə görə 1:6 hesabı ilə məğlub olaraq UEFA Konfrans Liqasında mübarizəsini dayandırıblar.