Konfrans Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşdi

Konfrans Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşdi

Futbol üzrə UEFA Konfrans Liqasının onaltıdabir final mərhələsinin cavab görüşlərinə yekun vurulub. Keçirilən 8 qarşılaşmadan sonra növbəti mərhələyə yüksələn komandaların adlarına aydınlıq gəlib. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" Çexiyada Praqanın "Slaviya" klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda da rəqibinə eyni hesabla ilə uduzan İstanbul təmsilçisi avrokuboklarla vidalaşıb. "Slaviya" isə növbəti raunda vəsiqə qazanıb.

Gecənin digər görüşləri bu hesabla başa çatıb:

 

UEFA Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunları

24 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:3

İlk oyun - 1:3

21:45. "Randers" (Danimarka) - "Lester" (İngiltərə) - 1:3

İlk oyun - 1:4

21:45. "Partizan" (Serbiya) - "Sparta" (Praqa, Çexiya) - 2:1

İlk oyun - 1:0

21:45. "Makkabi" (Təl-Əviv, İsrail) - PSV (Niderland) - 1:1

İlk oyun - 0:1

21:45. "Budyo Qlimt" (Norveç) - "Seltik" (Şotlandiya) - 2:0

İlk oyun - 3:1

00:00. "Slaviya" (Praqa, Çexiya) - "Fənərbağça" (Türkiyə) - 3:2

İlk oyun - 3:2

00:00. "Vitess" (Niderland) - "Rapid" (Vyana, Avstriya) - 2:0

İlk oyun - 1:2

00:00. PAOK (Yunanıstan) - "Midtüllan" (Danimarka) - 2:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:3)

İlk oyun - 0:1