Çempionlar Liqasının finalı Parisə verildi

Çempionlar Liqasının finalı Parisə verildi

UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınıb. Bu barədə qərarı Avropa futbol qurumunun İcraiyyə Komitəsi qəbul edib. Buna səbəb kimi isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.
İcraiyyə Komitəsinin qərarı ilə final oyunu Fransanın Paris şəhərinə verilib. Beləliklə, mayın 28-də final oyunu "Stad de Frans"da təşkil olunacaq.
Qeyd edək ki, Fransa sonuncu dəfə 2006-cı ildə Çempionlar Liqasına ev sahibliyi edəcək.