Bakıdakı yarışda 21 ölkədən gəlmiş gimnastlar yarışacaq

Bakıdakı yarışda 21 ölkədən gəlmiş gimnastlar yarışacaq

Martın 3-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarına start veriləcək. Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə olaraq təşkil edəcəyi yarışda 21 ölkədən 466 gimnastın iştirak edəcəyi gözlənilir. Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Martın 6-dək davam edəcək turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.