Gəncədə süni örtüklü meydança istifadəyə verilib

Gəncədə süni örtüklü meydança istifadəyə verilib

Gəncə şəhərində AFFA-nın inşa etdiyi daha bir süni örtüklü meydança istifadəyə verilib. Əməkdar bədən tərbiyəsi və idman işçisi, tanınmış uşaq məşqçisi mərhum Konstantin Abramenkonun vaxtilə hazırlıq keçdiyi ərazidə salınmış meydançanın açılış tədbirində milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və digər rəsmi şəxslər, eləcə də şəhər futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Süni örtüklü meydançanın rəmzi açarı icra başçısı N.Bayramova təqdim olunub.
Tədbir zamanı Gəncə futbolunun yetirmələri olan Zakir Süleymanovun 85, Tofiq Əliyevin 75, Novil İsmayılovun isə 70 illik yubileyi münasibətilə yubilyarlarla görüş keçirilib, onlara AFFA-nın xatirə hədiyyələri verilib.
E.Məmmədov futbol veteranları ilə söhbətləşib, Gəncədə futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Futbol ictimaiyyətinin nümayəndələri süni örtüklü meydançanın inşası ilə əlaqədar AFFA-ya minnətdarlığını bildirib.