UEFA bu dəfə rusiyalı hakimləri hədəf seçdi

UEFA bu dəfə rusiyalı hakimləri hədəf seçdi

UEFA öz bayrağı altında keçirilən turnirlərə rusiyalı FIFA hakimlərinin təyinat almamasına qərar verib. Avropa futbol qurumu Ukrayna ilə müharibə şəraitini və xaricə səyahət edən rusiyalılarla bağlı çətinlikləri nəzərə alaraq bu addımı atıb.
Bildirilib ki, Rusiya yığmalarına və klublarına tətbiq olunan sanksiyalar matç rəsmilərinə şamil olunmasa da, səyahət məhdudiyyətləri səbəbindən hakimlərin təyinatı qeyri-müəyyən müddətədək təxirə salınıb.
Qeyd edək ki, FIFA və UEFA daha əvvəl Rusiya yığmaları və komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.