Formula 1 üzrə Rusiya Qran-prisi ilə müqaviləyə xitam verilib.
Buna səbəb kimi Rusiya və Ukrayna arasındakı münaqişə göstərilib.
Təşkilatçılar bildirib ki, baş verənlərdən sonra Rusiyada yarış keçirmək mümkünsüzdür. Bu səbəbdən Rusiya Qran-prisi ilə müqavilə ləğv edilib.
Bu isə o deməkdir ki, builki Soçi Qran-prisi ilə yanaşı, gələn il Sankt-Peterburqda baş tutacaq mərhələ də baş tutmayacaq.
Formula 1: Rusiya Qran-prisi tarixə qovuşdu