"Karpat"ın 21 yaşlı Ukrayna qəhrəmanı

"Karpat"ın 21 yaşlı Ukrayna qəhrəmanı

"Karpat" (Ukrayna) klubunun Rusiya qoşunları ilə döyüş zamanı həlak olan futbolçusu Vitali Sapiloya Ukrayna Qəhrəmanı adı verilib.
Bu barədə ölkə prezidenti Volodimir Zelenski qərar qəbul edib. Dövlət başçısının yaydığı bəyanatda bildirilib:  "Leytenant Sapilo Vitali Romanoviçə ölümündən sonra Ukrayna Qəhrəmanı adı verilsin”.
Qeyd edək ki, V.Sapilonun 21 yaşı var idi.