Gimnastımız Qətərdə bürünc medal qazandı

Gimnastımız Qətərdə bürünc medal qazandı

Azərbaycanın idman gimnastı Nikita Simonov Qətərin paytaxtı Dohada keçirilən Dünya kubokunda bürünc medal qazanıb. 26 yaşlı idmançımız halqa ilə hərəkətlərin icrasında mükafatçılar sırasında yer alıb. İvan Tixonov isə parallel qollar və turnik hərəkətlərinin icrasında finala vəsiqəni təmin edib. O, bu gün finalda mübarizə aparacaq.