Gimnastlarımız temp hərəkətlərində çıxışını təqdim edib

Gimnastlarımız temp hərəkətlərində çıxışını təqdim edib

Bakıda akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarının üçüncü gününə start verilib. Üçüncü yarış günündə 12-18 yaş kateqoriyasında kişi və qadın cütlüklər, qruplar və qarışıq cütlüklər üzrə final mərhələsi keçiriləcək.
13-19 yaş kateqoriyasında isə kişi cütlüklər və qruplar temp, qadın və qarışıq cütlüklər balans hərəkətlərində təsnifat mərhələsində yarışacaqlar. Qadın qruplar isə temp hərəkətində çıxış edəcəklər. Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.
Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edirlər.
Artıq idmançılarımızdan Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz temp hərəkətində çıxışını təqdim edib. 13-19 yaş kateqoriyasında mübarizə aparan qrupumuzun təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 26,870 xalla qiymətləndirilib. Qrupumuzun balans hərəkətində çıxışı martın 6-da təşkil olunacaq.
Hazırda komandamız dördüncü pillədə qərarlaşıb.
Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.