5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbir keçirilib

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbir keçirilib

Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Gənclər və İdman Nazirliyi, Azərbaycanın bütün idman ictimaiyyəti bu bayram ərəfəsində hər zaman olduğu kimi, üzərlərinə düşən vəzifələri yerinə yetirir. Gənclər və idman nazirinin göstərişi ilə ölkə üzrə idman həftəsi keçirilir.
İdman həftəsi çərçivəsində 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun bir qrup idman mütəxəssisləri, tanınmış idmançıları və fiziki tərbiyə müəllimlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Bakı Texniki Kollecində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Nizami rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilmiş "Çempionumuz" sosial idman lahiyəsinin qonaqları Nicat Şıxəlizadə, Elvin Mürsəliyev və Tayfur Əliyev, tanınmış idman xadimləri Aydın Kazımbəyov, Vaqif Davudov və Qulu Həsənov, tanınmış məşqçilər İslam Kərimov, İslam Mahmudov, Zaur Babayev və Azər Qasımov, fiziki tərbiyə müəllimləri Namiq Cəfərquliyev, Firuz Novruzov, Asəf Mehdiyev, Ağa Nağıyev, Fariz Baxşıyev, Füzuli Hüseynov, Səbuhi Əliyev və gənc idmançı Şamil Həbibov iştirak edib.
Nizami rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Vasif İsayev çıxış edərək, tədbir iştirakçılarını salamlayıb və tədbiri açıq elan edib.
Sonra tədbirdə iştirak edən idman mütəxəssisləri çıxış edərək, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıblar.
Daha sonra il ərzində fərqlənən məşqçilər, idman müəllimləri, ölkədaxili və beynəlxalq yarışlarda fərqlənən idmançılar Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təltif olunanlar arasında Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov da yer alıb.