Astarada “İdman həftəsi” çərçivəsində rayon turniri keçirilib

Astarada “İdman həftəsi” çərçivəsində rayon turniri keçirilib

Respublikamızda “İdman həftəsi” çərçivəsində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş bir-birindən maraqlı müxtəlif idman yarışları keçirilir. Belə yarışdan biri isə bu günlər Astara rayonunda keçirilib. Astara Olimpiya İdman Kompleksində “İdman həftəsi” çərçivəsində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş mini futbol üzrə məktəblilər arasında rayon turniri futbol həvəskarları üçün olduqca maraqlı və yadda qalan olub.

Turnirin qalibi Astara şəhər 3 saylı tam orta məktəbin komandası olub. Suparıbağ kənd tam orta məktəb komandası ikinci yerə çıxıb. Gərgin yarışlarda Astara şəhər 5 saylı tam orta məktəbin komandası isə üçüncü olub.

Qalib komandalara kubok, Astara Rayon Gənclər və İdman İdarəsinin diplom və mükafatları verilib.