Çempionlar Liqası: “Bavariya” və “Liverpul” 1/4 finala vəsiqə qazandı

Çempionlar Liqası: “Bavariya” və “Liverpul” 1/4 finala vəsiqə qazandı

Ötən gecə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə 2 görüş təşkil olunub. İlk oyunda səfərdə Avstriyanın “Zaltsburq” komandası ilə heç-heçə oynayan Almaniya nəhəngi “Bavariya” cavab qarşılaşmasında rəqibini darmadağın edib Bundestim təmsilçisi oyunda 7:1 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb. Oyunda ilk üç qolu Robert Levandovski vurub. Polşalı hücumçu 12-ci və 21-ci dəqiqədə penaltidən, 23-cü dəqiqədə isə oyun epizodundan fərqlənərək, ən erkən het-trik rekordunu yeniləyib. Bununla da R.Levandovski İtaliyanın “Milan” klubunun hücumçusu Marko Simoneyə məxsus rekordu qırıb. M.Simone 1996-cı ildə Norveç “Rusenborq”u ilə qarşılaşmada ilk 24 dəqiqə ərzində 3 qol vurmuşdu.
İlk yarıda daha bir qolu 31-ci dəqiqədə Serj Qnabri vurub. “Bavariya” klubu fasilədən sonra da üstünlüyünü davam etdirib. 54-cü və 83-cü dəqiqələrdə Tomas Müller iki dəfə fərqlənib. Son nöqtəni isə 85-ci dəqiqədə Leroy Sane qoyub. “Zaltsburq”un təsəlli qoluna 70-ci dəqiqədə Maurits Kyerqor imza atıb.
Gecənin digər oyunu isə İngiltərədə baş tutub. Burada “Liverpul” klubu İtaliyanın “İnter” klubunu qəbul edib. Bu komandalar arasında ilk oyun “mersisaydlılar”ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. İngiltərədəki oyunda isə qapılara cəmi bir qol vurulub. Matçda yeganə qolu 62-ci dəqiqədə “İnter”in futbolçusu Lautaro Martines vurub. Bundan bir dəqiqə sonra Aleksis Sançes qırmızı vərəqə alaraq, İtaliya klubunu azlıqda qoyub. Qalan müddətdə qapılara qol vurulmayıb.
Beləliklə, “Liverpul” iki oyunun yekununda daha üstün olduğu üçün mərhələ adlayıb.
 

Çempionlar Liqası: “Bavariya” və “Liverpul” 1/4 finala vəsiqə qazandı Çempionlar Liqası: “Bavariya” və “Liverpul” 1/4 finala vəsiqə qazandı Çempionlar Liqası: “Bavariya” və “Liverpul” 1/4 finala vəsiqə qazandı Çempionlar Liqası: “Bavariya” və “Liverpul” 1/4 finala vəsiqə qazandı Çempionlar Liqası: “Bavariya” və “Liverpul” 1/4 finala vəsiqə qazandı Çempionlar Liqası: “Bavariya” və “Liverpul” 1/4 finala vəsiqə qazandı Çempionlar Liqası: “Bavariya” və “Liverpul” 1/4 finala vəsiqə qazandı