Madrid «Real»ı PSJ səddini keçmək gücündədir - Foto

Madrid «Real»ı PSJ səddini keçmək gücündədir - Foto

Bu gün Çempionlar Liqasında 1/8 finalın daha iki cavab oyunu keçiriləcək.
Günün maraqla gözlənilən qarşılaşması Santyaqo Bernabeu stadionunda təşkil olunacaq. Madrid «Real»ı ilk görüşdə «Park de Frans»dakı minimum hesablı məğlubiyyətin cavabını verməyə çalışacaq. Cütün favoriti çox ehtimal ki, «Real» hesab olunur. Bu günə nəzərdə tutulan digər görüşdə isə "Mançester Siti" doğma meydanda "Sportinq"i qəbul edəcək. İlk görüşdə 5:0 hesabı ilə qalib gələn «şəhərlilər» bu matçda elə də böyük qüvvə sərf etməyəcək.