Təmsilçilərimiz dünya çempionatında temp hərəkətində proqramını təqdim edib

Təmsilçilərimiz dünya çempionatında temp hərəkətində proqramını təqdim edib

Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatına start verilib. Milli Gimnastika Arenasında keçirilən yarışda 17 ölkədən 170 gimnast mübarizə aparır. Yarışda ölkəmizi təmsil edən Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz çempionatda temp hərəkətində proqramını təqdim edib. Cütlüyümüzün çıxışı 26,600 xalla qiymətləndirilib.
Qeyd edək ki, dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.