Bu gün "Qalatasaray" Avropa Liqası çərçivəsində  "Barselona" ilə qarşılaşacaq

Bu gün "Qalatasaray" Avropa Liqası çərçivəsində  "Barselona" ilə qarşılaşacaq

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin daha 5 ilk oyunu keçiriləcək. Günün ilk qarşılaşması  İspaniyada baş tutacaq. “Sevilya” doğma meydanda İngiltərənin “Vest Hem” komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Gecənin digər oyunları isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Günün ən maraqla gözlənilən oyunu İspaniyada oynanılacaq. Qardaş ölkənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" “Kamp Nou”da “Barselona” ilə qarşılaşacaq.  Moskvanın “Spartak” klubu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar turnirdən kənarlaşdırıldığı üçün Almaniyanın “Leypsiq” klubu 1/4 finala birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)

00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)

00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa)

00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)