Bu gün "Qarabağ"ın rəqibləri Konfrans Liqasında üz-üzə gələcək

Bu gün "Qarabağ"ın rəqibləri Konfrans Liqasında üz-üzə gələcək

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin oyunlarına start veriləcək. Mərhələnin bütün oyunları eyni gündə təşkil olunacaq. Bu mərhələnin maraqla gözlənilən qarşılaşmalarından biri Faransada oynanılacaq. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" Azərbaycan təmsilçisi ilə eyni qrupda yer almış İsveçrənin "Bazel" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.

 

1/8 final, ilk oyunlar

10 mart

21:45. PAOK (Yunanıstan) - "Gent" (Belçika)

21:45. "Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya)

21:45. "Vitess" (Niderland) - "Roma" (İtaliya)

21:45. "Partizan" (Serbiya) - "Feyenoord" (Niderland)

00:00. "Marsel" (Fransa) - "Bazel" (İsveçrə)

00:00. "Lester" (İngiltərə) - "Renn" (Fransa)

00:00. PSV (Niderland) - "Kopenhagen" (Danimarka)

00:00. "Budyo Qlimt" (Norveç) - AZ (Niderland)