Fransalılar yerlərini dəyişdilər

Fransalılar yerlərini dəyişdilər

Madrid "Real"ının futbolçusu Kərim Benzema yeni rekorda imza atıb. Fransalı hücumçu Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab matçında het-trik edərək buna nail olub. Benzema ÇL-də het-trik edən ən yaşlı oyunçu adına yiyələnib. O, 34 yaş 80 günündə 3 qol vurub.
Qeyd edək ki, bundan əvvəlki rekord "Milan"ın futbolçusu Olivye Jiruya (34 yaş 63 gün) məxsus idi.