Təmsilçilərimiz dünya çempionatının finalına vəsiqə qazandılar

Təmsilçilərimiz dünya çempionatının finalına vəsiqə qazandılar

Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı keçirilir. Milli Gimnastika Arenasında keçirilən yarışda Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz 28-ci dünya çempionatının finalına vəsiqə qazanıb. Temp hərəkətinin təsnifat mərhələsində cütlüyümüzün çıxışı hakimlər tərəfindən 26,600 xalla qiymətləndirilib. Ümumi sıralamada beşinci olan komandamız finala yüksəlib.

Martın 12-də təşkil olunacaq final mərhələsində Azərbaycan ilə yanaşı, ABŞ, Qazaxıstan, Almaniya, Portuqaliya və İspaniya gimnastları da medallar uğrunda mübarizə aparacaq.