Dünya çempionatında ikinci günə start verilir

Dünya çempionatında ikinci günə start verilir

Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı davam edir. Çempionatın ikinci günündə qarışıq cütlüklər və kişi qruplar temp, qadın qruplar isə balans hərəkətində təsnifat mərhələsində çıxış edəcəklər. Yarış günündə, həmçinin komanda hesabında qaliblərin adlarına da aydınlıq gələcək. Daha sonra qadın və kişi cütlüklər, qruplar və qarışıq cütlüklərin qarışıq hərəkətdə mükafatçıları bəlli olacaq.

Martın 13-dək davam edəcək çempionatda 17 ölkədən 170 gimnast mübarizə aparır.