Təmsilçilərimiz dünya çempionatında temp hərəkətində proqramını icra ediblər

Təmsilçilərimiz dünya çempionatında temp hərəkətində proqramını icra ediblər

Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı davam edir. Yarışda iştirak edən Sabir Ağayev və Mehriban Salamovadan ibarət qarışıq cütlüyümüz dünya çempionatında temp hərəkətində proqramını icra edib. Təsnifat mərhələsində cütlüyümüzün çıxışı 26,340 xalla qiymətləndirilib. Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.