Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.
Mərhələnin diqqət çəkən matçlarından biri Fransada olub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" Ağdam təmsilçisi ilə eyni qrupda yer almış "Bazel"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Ümumilikdə bu tur məhsuldarlığı ilə yadda qalıb. Çexiya, Serbiya və Niderlandda keçirilən görüşlərdə «qol yağışı» yağıb.
Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
10 mart
PAOK (Yunanıstan) - "Gent" (Belçika) - 1:0
Qol: Kurtiç, 58
"Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya) - 4:1
Qol: Sor, 3, 29, Olayinka, 83, Traore, 85 - Baliç, 67
"Vitess" (Niderland) - "Roma" (İtaliya) - 0:1
Qol: Oliveyra, 45+1
"Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) - 2:5
Qol: Natço, 13. Yoviç, 46 - Toornstra, 20, 77, Dessers, 52, Gertulda, 64, Sinisterra, 71
"Marsel" (Fransa) - "Bazel" (İsveçrə) - 2:1
Qol: Milik, 19-pen, 68 - Espozito, 79
"Lester" (İngiltərə) - "Renn" (Fransa) - 2:0
Qol: Olbrayton, 30, İheanaço, 90+3
PSV (Niderland) - "Kopenhagen" (Danimarka) - 4:4
Qol: Qakpo, 21, 70, Doan, 50, Zahavi, 85 - Yohannesson, 6, Biel, 23, 78, Lerager, 43
"Budyo Qlimt" (Norveç) - AZ (Niderland) - 2:1
Qol: Pelleqrino, 39, Solbakken, 90+1-pen - Abuxlal, 73