Milli Olimpiya Komitəsinin “Olimpiya Gündəliyi-2020” Komissiyasının iclası olub

Milli Olimpiya Komitəsinin “Olimpiya Gündəliyi-2020” Komissiyasının iclası olub

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) “Olimpiya Gündəliyi-2020” Komissiyasının iclası keçirilib.
Komitənin baş katibi, komissiyanın sədri Azər Əliyev iclasda çıxış edərək sonuncu iclasdan sonra təşkil olunan idman tədbirləri və keçirilən görüşlər barədə danışıb.
“İdman hamı üçün” televiziya proqramının 2022-ci il mövsümü ərzində çəkilən buraxılışlarına dair ümumi məlumatdan sonra komissiya üzvləri “Space TV”nin efirində nümayiş olunan verilişin yeni mövsümünün ilk buraxılışını izləyiblər. Kanalın direktoru Müşfiq Hətəmovun da iştirak etdiyi ümumi müzakirə zamanı yeni təkliflər səsləndirilib.
Daha sonra “Olimpiya Gündəliyi-2020” Komissiyasının yeni televiziya layihəsinin anonsunu izləyən komissiya üzvləri “Qadın idmanda” verilişinin aparıcısı, mövzusu və qonaqları haqda fikir mübadiləsi aparıblar.
“Olimpiya Gündəliyi-2020” komissiyası 2014-cü ildə qəbul olunub və ötən il yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.