Kataloniyalılardan əsrin rekordu

Kataloniyalılardan əsrin rekordu

“Barselona” klubu İspaniya La Liqasında XXI əsrin rekorduna imza atıb. Kataloniya təmsilçisi buna “Osasuna”nı 4:0 hesabı ilə məğlub etdikləri XXVIII tur oyununda nail olub. Komandanın 75-ci dəqiqədə sonuncu qolunu Riki Puç vurub. Beləliklə, “Barselona”da cari mövsüm 22 fərqli oyunçu rəqib qapılarına yol tapıb. 2019/2020 mövsümündə “Real Madrid”in 21 futbolçusu fərqlənməyi bacarıb.
Qeyd edək ki, “Barselona” 27 matçdan sonra 51 xalla üçüncü pillədə qərarlaşıb. Kataloniyalılar lider “Real Madrid”dən 12 xal az toplayıb. “Barselona” növbəti turda - martın 20-də “kral klubu”nun qonağı olacaq.