Baş məşqçi gecələr yata bilmir

Baş məşqçi gecələr yata bilmir

PSJ-nin baş məşqçisi Maurisio Poçettino növbəti dəfə Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a uduzduqları cavab matçı (1:3) haqqında danışıb.
“Real”a məğlubiyyətin şoku məni gecələr yatmağa qoymur. Xatırlayanda çox aqressiv, qəzəbli oluram. Mənim karyeramdakı ən çətin oyunlardan biri idi. Ancaq bu, çatışmazlıqlarımızı düzəldə bilməyəcəyimiz demək deyil. PSJ futbol oynamağa davam edəcək”, - deyə argentinalı mütəxəssis bildirib.
Qeyd edək ki, PSJ ilk oyunda “Real”a qalib gəlsə də (1:0), cavab görüşündə uduzduğu (1:3) üçün turnirlə vidalaşıb.