UEFA Çempionlar Liqası: “Mançester Yunayted” və “Ayaks” mübarizəni dayandırdı

UEFA Çempionlar Liqası: “Mançester Yunayted” və “Ayaks” mübarizəni dayandırdı

Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki görüşü keçirilib. Günün maraqlı oyunlarından biri İngiltərə də olub. “Mançester Yunayted” “Oldtraford”da İspaniyanın "Atletiko Madrid" klubunu qəbul edib. Oyunun taleyini bir qol həll edib. Matçda vurulan yeganə qolun müəllifi 41-ci dəqiqədə fərqlənən “Atletiko”nun futbolçusu Renan Lodi olub. Bu qələbədən sonra ilk oyunda 1:1 hesablı heç-heçəyə nail olan Dieqo Simeonenin komandası 1/4 finala adını yazdırıb. “Qırmızı çeytanlar isə” Çempionlar Liqasında mübarizəni dayandırıblar.
Gecənin digər oyunu isə Niderlandda baş tutub. Burada "Ayaks" klubu Portuqaliyanın "Benfika" komandasını qəbul edib. Bu görüşdə də qonaqlar minimal hesablı qələbəyə seviniblər. Lissabon təmsilçisinin heyətində 77-ci dəqiqədə Darvin Nunyes fərqlənib. İlk matç 2:2 hesabı ilə yekunlaşdığından, bu nəticə Portuqaliya təmsilçisinin 1/4 finala yüksəlməsinə kifayət edib.