Çempionlar Liqası: Bu gün 1/4 finalın son iştirakçıları müəyyənləşəcək

Çempionlar Liqası: Bu gün 1/4 finalın son iştirakçıları müəyyənləşəcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq. Bununla da dörddəbir finalın son iki iştirakçısı müəyyənləşəcək.
İspaniyanın “Vilyarreal” klubu İtaliyada “Yuventus”un qonağı olacaq. Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edəcək. Bu komandalar arasında ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.
Gecənin digər oyununda İngiltərənin “Çelsi” klubu Fransada “Lill” komandası ilə qarşılaşacaq. Görüşün baş hakimi italiyalı Davide Massa olacaq. Londondakı ilk qarşılaşmada “zadəganlar” 2:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu günə qədər “Real Madrid”, “Mançester Siti”, “Liverpul”, “Atletiko Madrid”, “Benfika” və “Bavariya” klubları dörddəbir finala vəsiqəni təmin ediblər.