Azərbaycan Premyer Liqası üçüncü pillədə yer alıb

Azərbaycan Premyer Liqası üçüncü pillədə yer alıb

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın ən yaxşı 90 futbol çempionatının reytinq siyahısını açıqlayıb. Azərbaycan Premyer Liqası 1069 günlük göstərici ilə üçüncü pillədə qərarlaşıb. Premyer Liqa UEFA sıralamasında da eyni mövqedə yer alıb.
Birinci pillədə Şimali İrlandiya Premyer Liqası (1563 gün), ikinci sırada isə Uels Premyer Liqası (1348) yer alır.
Baş məşqçilərin istefasının ən çox gerçəkləşdiyi ölkələrdən biri Türkiyədir. Türkiyə Super Liqası 217 günlə dünya reytinqində 80-ci, Avropada isə 46-cı yerdədir.