Tamblinqçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıblar

Tamblinqçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıblar

Polşanın Krakov şəhərində tamblinq üzrə doqquzuncu Vavel beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi təmsil edən yığma komandanın üzvləri Aleksey Karataşov və Adil Hacızadə qızıl medal qazanıblar. Tofiq Əliyev gümüş, Hüseyn Əsədullayev isə bürünc medala layiq görülüblər. Digər təmsilçilərimiz Bilal Qurbanov dördüncü, Mixail Malkin isə beşinci pillədə qərarlaşıblar.