Millimiz bu gün Latviya ilə qarşılaşacaq

Millimiz bu gün Latviya ilə qarşılaşacaq

Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün Latviya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq oyun Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq. Komandamız tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gələcək. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb. Topların nisbətində də yığmanın üstünlüyü var - 5:3.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib - 1:1.