Bu gün Qətər-2022-nin final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşəcək

Bu gün Qətər-2022-nin final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşəcək

Bu gün Qətər-2022-nin final mərhələsinin növbəti iştirakçılarının adına aydınlıq gələcək. Avropa zonası üzrə pley-off mərhələsinin final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşəcək.
Bakı vaxtı ilə eyni saatda - 22:45-də start götürəcək həlledici görüşlərdə Portuqaliya yığması Şimali Makedoniyanı, Polşa seçməsi isə İsveçi qəbul edəcək.
Pireney təmsilçisi yarımfinalda Türkiyəni, şimali makedoniyalılar son Avropa çempionu İtaliyanı mübarizədən kənarlaşdırıb. Polşa millisi yarımfinalda Rusiya ilə qarşılaşmalı idi. Lakin Valeri Karpinin rəhbərlik etdiyi kollektivə Ukraynadakı müharibəyə görə texniki məğlubiyyət verildiyindən polşalılar birbaşa finala vəsiqə qazanıblar. Onların həlledici görüşdəki rəqibi olan İsveç yığması isə yarımfinal oyununda Çexiyaya qalib gəlib.
Qeyd edək ki, digər final görüşündə Uels iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.