Millimizin Millətlər Liqasındakı sonuncu rəqibi Qazaxıstan oldu

Millimizin Millətlər Liqasındakı sonuncu rəqibi Qazaxıstan oldu

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı sonuncu rəqibi müəyyənləşib. UEFA Millətlər Liqasının pley-off mərhələsində Qazaxıstan – Moldova cütünün qalibi olan Qazaxıstan yığması millimizin yer aldığı üçüncü qrupun sonuncu komandası olub.
Qeyd edək ki, Qazaxıstan millisi ilk oyunda səfərdə Moldova komandasını 2:1 hesabı ilə məğlub edib, evdə isə 0:1 hesabı ilə uduzub.
Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Qazaxıstan millisi C liqasındakı yerini qoruyub.