Futbol üzrə Azərbaycan milli komandası Maltanın Ta Qali şəhərindəki Milli Stadionda Latviya yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirib.Görüş Latviya komandasının 1:0 hesablıqələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Vladislav Qutkovski vurub.
Qeyd edək ki, komandamız matçın 30-cudəqiqəsindənazlıqda qalıb. Millimizin üzvü Qara Qarayev qapıçı Səlahət Ağayevlə təkbətək qalan Vladislav Qutkovskini yıxıb. Maltalı baş hakim Trustin Farruca Kann Q.Qarayevə birbaşa qırmızı vərəqə göstərib.
Komandamız tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gəlib. Əvvəlki dörd yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıb, birində isə Azərbaycan millisi qələbə qazanıb.
Xatırladaq ki, millimiz martın 25-də Malta ilə keçirdiyi yoldaşlıq oyununda da məğlub olub – 0:1.