Çempionlar Liqası: Bu gün 1/4  final mərhələsinə start veriləcək

Çempionlar Liqası: Bu gün 1/4  final mərhələsinə start veriləcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start veriliəcək. İlk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İspaniyanın “Atletiko Madrid” klubu İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. Matçı rumıniyalı hakim İştvan Kovaç idarə edəcək.
Meydan sahiblərinin heyətində Kayl Uoker və Ruben Diaş cəzalı olduğu üçün meydana çıxmayacaqlar. Qonaqlardan isə Xose Mariya Ximenes zədə, Yannik Karrasko cəza səbəbindən oyunu buraxacaqlar.
Gecənin digər matçında Portuqaliyanın “Benfika” klubu öz meydanında İngiltərənin “Liverpul” komandasını qəbul edəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.
Oyun öncəsi komandaların heyətində ciddi itkilər yoxdur. Sadəcə, Mersissayd təmsilçisində Körtis Cons və Nabi Keytanın oynayıb-oynamayacaqları sual altındadır.