UEFA Çempionlar Liqası: İngiltərə klublarından qələbə

UEFA Çempionlar Liqası: İngiltərə klublarından qələbə

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilib. Mərhələnin ilk oyun günündə iki qarşılaşma oynanılıb. “Etihad” stadionunda İngiltərənin “Mançester Siti” klubu İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edib.

Gərgin keçən görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb - 1:0. Matçda yeganə qolu belçikalı futbolçu Kevin De Brüyne vurub. O, matçın 70-ci dəqiqəsində Fil Fodenin ötürməsindən sonra qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb.

Gecənin digər matçında Portuqaliyanın “Benfika” klubu İngiltərənin “Liverpul” komandasını qəbul edib. “Estadio da Luz” stadionunda, baş hakimi ispaniyalı Xesus Hil Mansanonun idarə etdiyi oyunda qonaqlar 1:3 hesablı qələbə qazanıblar. Mersessayd təmsilçisinin heyətində İbrahima Konate (17), Sadio Mane (34), Luiz Diaz (88) fərqlənib. “Benfika” klubunun heyətində yeganə qolu isə Darvin Nunes (49) vurub.