Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək. Təşkil olunacaq iki oyunlar 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Gecənin maraqla gözlənilən matçı İngiltərədə baş tutacaq. Burada turnirin son qalibi olan Londonun "Çelsi" klubu İspaniyanın "Real” komandasını qəbul edəcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.
Gecənin digər matçı isə İspaniyada oynanılacaq. Bundestim təmsilçisi "Bavariya" İspaniyanın “Vilyarreal" komandasının qonağı olacaq. Bu görüş də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi ingiltərəli Entoni Teylor olacaq.
Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.