Ronald Kuman yenidən Niderland millisində

Ronald Kuman yenidən Niderland millisində

“Barselona” klubunun keçmiş məşqçisi Ronald Kuman yenidən Niderland millisinə qayıdıb.
Kataloniya klubundan ayrıldıqdan sonra işsiz qalan təcrübəli mütəxəssis gələn ildən Niderland millisinin baş məşqçisi postuna gətiriləcək. O, bu vəzifədə Lui van Qalı əvəzləyəcək.
59 yaşlı mütəxəssis  2023-cü il yanvarın 1-dən yenidən Niderland millisinə rəhbərlik edəcək. O, 2022-ci idə keçiriləcək dünya çempionatından sonra millidə fəaliyyətə başlayacaq.
Xatırladaq ki, R.Kuman 2018-2020-ci illərdə Niderland millisini, daha sonra isə “Barselona” klubunu çalışdırıb.