Çempionlar Liqasıda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vuruldu

Çempionlar Liqasıda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vuruldu

Qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Mərhələnin ikinci oyun günündə iki qarşılaşma təşkil olunub. Gecənin ən maraqlı görüşü "Stenford Bric" stadionunda baş tutub. Turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubu öz meydanında İspaniyanın "Real Madrid" komandasına məğlub olub - 1:3.
"Kral klubu"nun heyətində Kərim Benzema het-trik edib. Bu fransalı hücumçunun cari mövsümdə Çempionlar Liqasında 11-ci qolu olub. Meydan sahiblərinin qolunu isə Kay Haverts vurub.
Gecənin digər oyunu isə İspaniyada baş tutub. "Villareal" klubu doğma azarkeşlər önündə Almaniyanın "Bavariya" komandasını qəbul edib. "Estadio de la Karamika" stadionunda təşkil olunan görüşdə La Liqa təmsilçisi gözlənilmədən qələbə qazanıb - 1:0. Oyunda yeganə qolun müəllifi 8-ci dəqiqədə Danjuma olub.
Bu komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.