Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək

Bu gün futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin ilk oyunlarına start veriləcək. Mərhələnin bütün oyunları bir gündə baş tutacaq. Gecənin ilk matçı Almaniyada "Leyptsiq" və "Atalanta" (İtaliya) klubları arasında olacaq. İspaniyanın "Barselona" klubu isə sözügedən ölkədə "Ayntraxt"ın qonağı olacaq.

Mərhələnin bütün görüşləri aşağıdakılardır:

"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya);

"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya);

"Vest Hem Yunayted" (İngiltərə) - "Lion" (Fransa);

"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya).

Qeyd edək ki, cavab görüşləri aprelin 14-də oynanılacaq.