Bu gün futbol üzrə UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin ilk oyunlarına start veriləcək. Mərhələnin bütün oyunları bir gündə baş tutacaq. Bu mərhələnin açılış matçında Çexiyanın "Slaviya Praqa" klubu Niderlandda "Feyenoord"la üz-üzə gələcək. Niderlandın digər təmsilçisi PSV isə İngiltərədə "Lester"in qonağı olacaq.
Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransanın "Marsel" klubu Yunanıstanın PAOK komandasını qəbul edəcək. İtaliyanın "Roma" klubu isə Norveçdə "Budyo Qlimt"lə münasibətlərinə aydınlıq gətirəcək.
Mərhələnin bütün görüşləri aşağıdakılardır:
"Feyenoord" (Niderland) - "Slaviya Praqa" (Çexiya);
"Marsel" (Fransa) - PAOK (Yunanıstan);
"Lester" (İngiltərə) - PSV (Niderland);
"Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya).
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də olacaq.