Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Geənin maraqla gözlənilən oyunlarından biri Almaniyada baş tutub. İspaniyanın "Barselona" klubu səfərdə  Almaniyanın "Ayntraxt" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Matçda hesabı 48-ci dəqiqədə meydan sahiblərinin heyətində Ansqar Knauff açıb. Qonaqlardan isə 66-cı dəqiqədə Ferran Torres fərqlənib.
İngiltərədə isə "Vest Hem"  komandası Fransanın "Lion" klubunu qəbul edib. Bu oyunda da qalib müəyyənləşməyib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Bu mərhələnin digər oyunu Portuqaliyada oynanılıb. "Braqa" klubu doğma meydanda Şotlandiyanın "Reyncers" komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mərhələnin digər oyununda Almaniyanın "Leyptsiq" komandası doğma meydanda İtaliyanın "Atalanta" klubu ilə heç-heçə edib - 1:1
Bu mərhələnin cavab oyunları aprelin 14-də keçiriləcək.