Konfrans Liqası: 1/4 final mərhələsində ilk oyunlar başa çatdı

Konfrans Liqası: 1/4 final mərhələsində ilk oyunlar başa çatdı

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransanın "Marsel" klubu doğma meydanda  Yunanıstanın PAOK komandasına 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində qolları Jerson Santos və Dmitri Payet vurublar. Qonaqlardan isə Ömər Əl-Kədduri fərqlənib.
Turnirin favoritlərindən İtaliyanın "Roma" klubu Norveçdə "Budyo Qlimt"ə uduzub - 1:2. İngiltərədə "Lester" və Niderlandın  PSV komandası arasında keçirilən görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.
Günün ən məhsuldar oyunu isə Niderlandda qeydə alınıb. Burada "Feyenoord" komandası Çexiyanın "Slaviya" klubu ilə - 3:3 hesablı heç-heçəyə razılaşıb.
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-də təşkil olunacaq.