Bu gün Çempionlar Liqasında ilk yarımfinalçıların adlarına aydınlıq gələcək

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçıların adlarına aydınlıq gələcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək. Bununla da yarımfinalın ilk iki iştirakçısının adına aydınlıq gələcək.
Turnirin əsas favoritlərindən olan İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Çelsi" komandası ilə qarşılaşacaq. Londondakı ilk matçda 3:1 hesabı ilə qələbə qazanan "kral klubu" üstünmlüyünü qoruyacağı təqdirdə adını yarımfinala yazdıracaq. Oyunu polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Gecənin digər matçında isə Almaniyanın "Bavariya" klubu doğma meydanda İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gələcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan La Liqa təmsilçisi növbəti dəfə sensasiya etmək arzusundadır. Matçın baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.