Bu gün Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşəcək

Bu gün Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finala mərhələsinə yekun vurulacaq. Bununla da yarımfinala vəsiqə qazanacaq  bütün iştirakçıların adları məlum olacaq. İngiltərə təmsilçilərindən “Liverpul” cavab oyununu evdə, “Mançester Siti” isə səfərdə keçirəcək. “Liverpul” ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı qəbul edəcək. Görüşün baş hakimi niderlandlı Serdar Gözübüyük olacaq.  
“Mançester Siti” isə İspaniyanın “Atletiko Madrid” komandasının qonağı olacaq. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qələbə qazanıb. Matçı almaniyalı Daniel Zibert idarə edəcək.