Bu gün Avropa Liqasının yarımfinalçıları müəyyənləşəcək

Bu gün Avropa Liqasının yarımfinalçıları müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. Görüşlərdən biri Bakı vaxtı ilə saat 20:45-də, digər üç qarşılaşma isə 23:00-da başlayacaq.
Gecənin ilk matçı İtaliyanın “Atalanta” və Almaniyanın “Leyptsiq” komandaları arasında olacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
İspaniyanın “Barselona” klubu Almaniyanın “Ayntraxt” komandasını qəbul edəcək. Frankfurtdakı görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
İngiltərənin “Vest Hem Yunayted” klubu Fransada “Lion”un qonağı olacaq. Bu komandaların da ilk dueli bərabərliklə başa çatıb – 1:1. Portuqaliyanın “Braqa” klubu isə Şotlandiyada “Qlazqo Reyncers”lə üz-üzə gələcək. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanıblar.