Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə  yekun vurulacaq

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə  yekun vurulacaq

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Bununla da yarımfinalın bütün iştirakçılarının adlarına aydınlıq gələcək.
Gecənin ilk matçında İngiltərənin “Lester Siti” klubu Niderlandda PSV-nin qonağı olacaq. Lesterdəki qarşılaşmada hesab açılmayıb.
Niderlandın digər təmsilçisi “Feyenoord” isə Çexiyada “Slaviya Praqa” klubu ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 3:3.
Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransanın “Marsel” komandası Yunanıstanda PAOK-la üz-üzə gələcək. Marsel şəhərinin eyniadlı təmsilçisi ilk görüşdə 2:1 hesablı qələbə qazanıb.
Turnirin favoritlərindən İtaliyanın “Roma” klubu Norveçin “Budyo-Qlimt” komandasını sınağa çəkəcək. “Canavarlar” səfərdə rəqibinə uduzub - 1:2.